ABŞ səfirliyindən terror aktı ilə bağlı paylaşım

abs-sefirliyinden-terror-akti-ile-bagli-paylasim
Oxunma sayı: 2984

ABŞ səfirliyi Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hücumu barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin feysbuk hesabındakı paylaşımda qeyd olunub:

“ABŞ səfirliyi azərbaycanlı həmkarlarımıza və onların ailələrinə başsağlığı verir. Azərbaycanın Tehrandakı səfirliyində Orxan Əsgərovun ölümü və digərlərinin yaralanması ilə nəticələnən faciəvi hadisə bizi dərindən kədərləndirdi”.