ABŞ-ın Əfqanıstandakı səfirliyinin 6 əməkdaşı narkotik vasitələrdən istifadə etdiklərinə görə vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AP” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən bildirib.
Onun sözlərinə görə, qanun pozuntusu ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyində qeydə alınıb. Aparılan xüsusi araşdırma zamanı söhbət iki diplomat və müqavilə ilə işləyən dörd əməkdaşdan narkotik vasitələrdən istifadə etdiyi üzə çıxıb.
Faktla bağlı ətraflı məlumat verilmir.
Son xəbərlər
Son Xəbərlər