ABŞ səfirliyinin 6 əməkdaşı işdən çıxarılıb - Narkotikə görə

abs-sefirliyinin-6-emekdasi-isden-cixarilib
Oxunma sayı: 643

ABŞ-ın Əfqanıstandakı səfirliyinin 6 əməkdaşı narkotik vasitələrdən istifadə etdiklərinə görə vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  “AP” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən bildirib.

 Onun sözlərinə görə, qanun pozuntusu ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyində qeydə alınıb. Aparılan xüsusi araşdırma zamanı söhbət iki diplomat və müqavilə ilə işləyən dörd əməkdaşdan narkotik vasitələrdən istifadə etdiyi üzə çıxıb.

Faktla bağlı ətraflı məlumat verilmir.