ABŞ səfirliyinin avtomobilləri Sudanda atəşə tutulub

abs-sefirliyinin-avtomobilleri-sudanda-atese-tutulub
Oxunma sayı: 937

ABŞ-nin Sudandakı səfirliyinin avtomobilləri paytaxt Xartumda atəşə tutulub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Entoni Blinken Yaponiyada G7 ölkələrinin XİN rəhbərlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında açıqlayıb. 

Onun sözlərinə görə, hadisə aprelin 17-si baş verib. İnsident zamanı xəsarət alan olmayıb. 

Xatırladaq ki, Sudanda bir neçə gündür ordu və xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma davam edir. Qarşıdurma zamanı 100-ə yaxın dinc sakin həlak olub.