ABŞ səfirliyinin ərazisində partlayış olub

abs-sefirliyinin-erazisinde-partlayis-olub
Oxunma sayı: 661

ABŞ-ın Kiev-dəki səfirliyi yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerində aparılan araşdırma nəticəsində məlum olub ki, naməlum şəxs səfirliyin ərazisinə quraşdırılmamış partlayıcı qurğu tullayıb. 

Partlayış nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı “terror” maddəsi ilə cinayət işi açılıb.