“Qafqazinfo” ya daxil olan məlumata görə, səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ABŞ səfirliyinin nümayəndələrini qəbul edib. İcra başçısı qonaqları salamlayaraq Gəncə şəhərinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və son illərdə şəhərdə həyata keçirilən beynəlxalq tədbirlər haqqında məlumat verib.
Elmar Vəliyev ABŞ səfirliyinin müvəqqəti işlər vəkilinə və rəhbərlik etdiyi nümayəndə heyğyətinə Gəncədə aparılan abadlıq işləri barədə məlumat verib. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenilənməsinin nəzərdə tutulduğunu da icra başçısı diqqətə çatdırıb. Görüş zamanı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, Gəncəyə ilk dəfədir səfər edib. Azərbaycana isə 5 ay öncə gəlib.
Azərbaycanın ikinci böyük şəhərinə səfərinin məqsədini açıqlayan Derek Hoqan vurğulayıb ki, səfər tanışlıq xarakteri daşıyır. Derek Hoqanın səfər proqramına Mərkəzi Kitabxanada ABŞ güşəsində olmaq və ADAU-da pedaqoji heyət, eləcə də tələbələrlə görüşün daxil olmasını bildirib.