Amerika Birləşmiş Ştatlarında (ABŞ) ölkə prezidenti Donald Trampla Senat arasındakı mübahisəli divar tikintisi məsələsi üçün pul ayrılıb.
“Qafqazinfo” “BBC-yə istinadən xəbər verir ki, Senat hökumətin fəaliyyətinin yenidən dondurulmaması üçün Meksika ilə divar sərhəddinin inşasına 1,37 milyard dollar ayırıb.
Senatın qəbul etdiyi büdcə Nümayəndələr Palatası tərəfindən qəbul edilməli, ardınca isə Tramp tərəfindən imzalanmalıdır.
Tramp daha öncə 5,7 milyard dollar tələb etsə də, Senatla ortaq məxrəcə gələ bilib. Onun məbləğin qalan hissəsini toplamaq üçün fövqəladə vəziyyət elan edəcəyi bildirilir. Beləliklə, əskik qalan hissə büdcədən hərbi xərlər üçün ayrılan vəsaitdən təmin ediləcək.
Qeyd edək ki, Senat divar inşasına pul ayırmaqdan imtina etdiyi üçün ötən ilin dekabrında hökumətin fəaliyyəti bir neçə həftə dondurulmuşdu.
Son xəbərlər
Son Xəbərlər