ABŞ Senatının sanksiya qərarına Türkiyədən - Cavab

ABŞ Senatının sanksiya qərarına Türkiyədən
Oxunma sayı: 2806

“ABŞ Konqresində Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların müzakirəsi Ankaranın planlarına təsir göstərməyəcək, bu sistemləri quraşdırmağa davam edəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

“Konqresdən sonra sənəd Donald Trampın masasına gedəcək. Biz bilirik ki, Tramp Türkiyəyə müsbət niyyət göstərir. Ancaq bununla belə, istənilən halda heç nə S-400-lə bağlı planlarımıza təsir etməyəcək. Bu mövzuda geriyə addım yoxdur. Hərbçilərimiz S-400-dən istifadə edəcək”, - deyə Kalın bildirib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi