ABŞ senatorları Əsədə qarşı - Tribunal yaradılır

abs-senatorlari-esede-qarsi
Oxunma sayı: 631

ABŞ senatorları Suriya hakimiyyəti tərəfindən törədilən hərbi cinayətlərin araşdırılmasını tələb edir.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, senatorlar bu cinayətlərin araşdırılması üçün “hibrid tribunalı”nın yaradılmasına ehtiyac olduğunu bildiriblər. Bu barədə  qanun layihəsi baxılmaq üçün konqresə təqdim olunub.

Layihədə qeyd edilir ki, Bəşər Əsəd rejiminin insanlığa qarşı törətmiş olduğu cinayətləri araşdırmaq üçün tribunala bir sıra ölkələrdən hüquqşünaslar daxil olmalıdır.

Aysel Kərimova