ABŞ Səudiyyə Ərəbistanına Yəməndə verdiyi dəstəyi dayandırır

abs-seudiyye-erebistanina-yemende-verdiyi-desteyi-dayandirir
Oxunma sayı: 970

ABŞ Səudiyyə Ərəbistanına Yəməndə verdiyi hərbi dəstəyi sonlandıracaq.

“Qafqazinfo”nun məlumatına görə, bunu ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sullivan bəyan edib.

Ağ Evdə təşkil edilən mətbuat konfransında çıxış edən müşavir ABŞ Prezidenti Co Baydenin xarici siyasət strategiyası ilə bağlı açıqlamalar verib.

O bildirib ki, ABŞ qlobal miqyasda müttəfiqləri ilə əlaqələrini yoluna qoyacaq, əməkdaşlıqlar artacaq.

“Bu gün cənab prezident ABŞ-ın Yəməndəki əməliyyatlara verdiyi hərbi dəstəyi dayandırdığını elan edəcək”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ 2015-ci ildən bəri Ərəb hərbi koalisiyasına dəstək verirdi.