ABŞ İran İnqilab Keşikçiləri Ordusunun generalı Qasım Süleymaninin vurulduğu gün Yəməndə daha bir iranlı komandirin öldürülməsini planlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Məlumata görə, söhbət Əbdul Rza Şəhlayidən gedir. O, Yəməndə aktiv fəaliyyət göstərən elit qüvvələr korpusunun komandiri və maliyyə məsələləri üzrə mütəxəssisi sayılır. Şəhlayi əleyhinə əməliyyat uğursuzluqla nəticələnib.
Xatırladaq ki, Süleymani yanvarın 3-də Bağdad aeroportunda raket zərbələri nəticəsində öldürülüb.
Son xəbərlər
Son Xəbərlər