ABŞ Suriya, İraq və Əfqanıstanda 1,5 trilyon xərcləyib

abs-suriya-iraq-ve-efqanistanda-15-trilyon-xercleyib
Oxunma sayı: 875

ABŞ-ın Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatları amerikalı vergi ödəyicilərinə azı 1,5 trilyon dollara başa gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Pentaqonun hesablamalarında yer alıb.

Hesabatda bildirilir ki, 2001-ci ilin 11 sentyabrından ABŞ Müdafiə Nazirliyi hərbi xərcləri ödəmək üçün 1,5 trilyon dollar ayırıb. Hesabata cari ilin martın sonlarına qədər olan dövr ərzindəki xərclər daxil edilib. 

Xərclərin böyük hissəsi, təxminən 731 milyard dolları (49%) İraq əməliyyatlarına, 584,3 milyardı (39%) Əfqanıstan, 23,5 milyardı isə Suriya əməliyyatlarına cəlb olunub.