“ABŞ Suriya sahillərindəki Rusiya gəmilərini batırmağı planlaşdırırdı” - “Fox News”

abs-suriya-sahillerindeki-rusiya-gemilerini-batirmagi-planlasdirirdi
Oxunma sayı: 1375

“Əgər Rusiya döyüş gəmiləri qarşılıq versəydi, ABŞ donanmasına aid “USS John Warner” sualtı qayığı onları batıracaqdı”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Fox News” nəşri çıxış edib.

Nəşr xatırladır ki, söhbət 2018-ci ilin aprelində ABŞ-ın Suriyadakı hava hücumundan gedir.

“Fox News”un iddiasına görə, 2018-ci ilin aprelində Aralıq dənizində olan “USS John Warner” Suriya torpaqlarına altı “Tomahawk” raketi atıb və Rusiyadan cavab gözləməyə başlayıb:

“2018-ci ildəki hücumda müharibədə ilk dəfə istifadə olunan “Virginia” sinfi sualtı qayığı Rusiyanın bölgədə yerləşdirilmiş ABŞ gəmilərinə qarşı potensial hücumlarına qarşılıq verməyə hazır idi”.

Nəşr bildirib ki, ABŞ gəmilərindən biri tələ idi və o gəmidəki amerikalı əsgərlər Suriyaya raket atmayıblar:

“Rusiya donanmasının bu tələ gəmiyə qarşı cavabı da Rusiya döyüş gəmilərinin hədəf alınması üçün səbəb olacaqdı”.