Suriyada uzunmüddətli atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq vacibdir.
“Qafqazinfo” “Anadolu”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
“Biz Vaşinqtona müraciət edərək Astanaya nümayəndə heyəti göndərməyi xahiş etdik”, - deyə Vaşinqtona səfərdə olan Nazir bildirib.
Bundan başqa Çavuşoğlu ABŞ-ın rəsmi Ankaranın Suriyada İŞİD-lə apardığı mübarizəyə kifayət qədər dəstək vermədiyini qeyd edib. O, ABŞ hava qüvvələrinin Türkiyə ordusunun Əl-Bab ətrafında keçirdiyi əməliyyata dəstəyi simvolik xarakter daşıdığını vurğulayıb.
Qeyd edək ki, yanvarın 23-də Astanada Suriya nizamlanması üzrə beynəlxalq görüş başlayacaq.
Son xəbərlər
Son Xəbərlər