ABŞ-ın Suriyanın hərbi bazasına endirdiyi hava zərbələri nəticəsində dördü uşaq olmaqla, azı doqquz dinc sakin ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələri nəticəsində azı 7 nəfər yaralanıb.
Bundan başqa, Avropa İttifaqı Suriyadakı bu cür vəhşiliklərə son qoymaq üçün ABŞ ilə işbirliyində olacaqlarını bəyan edib.
NATO isə açıqlayıb ki, sülh üçün aparılan beynəlxalq mübarizələri dəstəkləyir. Qurumun baş katibi Stoltenberqin sözlərinə görə, baş verən proseslərin bütün məsuliyyəti Suriya rejiminin üzərindədir. Hər hansı kimyəvi silahdan istifadə edilə bilməz, bunun qarşılığı olacaq və günahkarlar məsul tutulmalıdırlar.
Son xəbərlər
Son Xəbərlər