ABŞ Suriyada İŞİD-in kimyəvi silah anbarını vurdu - 100-lərlə insan öldü

abs-suriyada-isid-in-kimyevi-silah-anbarini-vurdu
Oxunma sayı: 636

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada İŞİD qüvvələrinə zərbələr endirib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, beynəlxalq koalisiyanın zərbəsindən sonra İŞİD-ə məxsus anbardan əvvəlcə ağ, daha sonra sarı duman qalxıb. Bu isə orada kimyəvi maddələrin qorunduğunu sübut edir. Kimyəvi zəhərlənmə nəticəsində yüzlərlə insan ölüb, onların arasında dinc sakinlər də var.