ABŞ Suriyadakı hərbi bazasını bağlayır

abs-suriyadaki-herbi-bazasini-baglayir
Oxunma sayı: 1097

ABŞ Suriyanın cənubundakı hərbi bazadan əsgərləri çıxarır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Suriyadakı hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, baza ABŞ, Rusiya və İordaniya nümayəndələrin Deraa əyalətində silahsızlaşdırılmış zonanın yaradılması üçün aparılan üçtərəfli danışıqlar nəticəsində bağlanılıb. 

Qeyd olunub ki, məlumatı Suriyanın silahlı müxalifət qüvvələrində təsdiqləyib.

Sözügedə bazanın Suriya və İraq sərhədləri yaxınlığında yerləşdiyi bildirilib.

Hazırda ABŞ-ın Suriyada bir bazası var. Bu İordaniya ilə sərhəddə yerləşən At-Tanf bazasıdır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bazanın bağlanması ilə bağlı məlumatları təkzib etməyib.