ABŞ Suriyaya qarşı sanksiyalar hazırlayır

abs-suriyaya-qarsi-sanksiyalar-hazirlayir
Oxunma sayı: 634

ABŞ yaxın zamanlarda Suriyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Qeyd edək ki, ABŞ Suriya hökumət qüvvələrinin Homs rayonundakı bazalarına qanadlı raketlərlə zərbə endirib. 50-yə yaxın "Tomaqavk" raketləri Aralıq dənizindəki gəmidən buraxılıb.