ABŞ Talibanın mövqelərinə zərbələr endirdi

abs-talibanin-movqelerine-zerbeler-endirdi
Oxunma sayı: 1839

Əfqanıstanın şimalındakı Cüzcan vilayətində ABŞ-a məxsus B-52 bombardman təyyarələri Talibanın mövqelərini vurub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumda 200-dən çox yaraqlı öldürülüb, çox sayda silah-sursat məhv edilib.

Taliban hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.