ABŞ təlimlərə başlayıb

abs-telimlere-baslayib
Oxunma sayı: 984


"Qafqazinfo"nun Anspress-ə istinadən məlumatına görə, bu barədə ABŞ müdafiə nazirliyinin rəsmi saytında xəbər verilib.

Bildirilir ki, 173-cü hava-desant briqadasının əsgərləri rumın hərbiçiləri ilə birgə məşqlərin keçirilməsi üçün Smardan poliqonuna yerləşdiriliblər. Eyni vaxtda ABŞ-ın 7-ci ordusu Mixail Koqelniçanu aeradromunda quru əməliyyatı keçirəcək. 

Qeyd edək ki, bundan əvvəl Latviyada 1100-dən çox NATO əsgərinin iştirak edəcəyi "Summer Shield XII" hərbi təlimlərinin də başlaması xəbəri yayılıb.