ABŞ Türkiyənin etirazlarına baxmayaraq terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-yə silah göndərməyə başlayıb.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, silahlar son 24 saat ərzində artıq Suriyaya yola salınıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp YPG-nin ağır silahlarla təhciz olunması barədə qərarı mayın əvvəlində qəbul etmişdi.
Vaşinqtonun İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mcgurk verdiyi bəyanatda Rakka əməliyyatının qısa müddətdə başlayacağını deyib. Lakin dəqiq vaxt söyləməyib.
O, terrorçuların Mosulun cəmi 4 kvadrat kilometrinə nəzarət etdiyini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər