ABŞ Türkiyəyə “F-35” təyyarələrinin hissələrinin təhvil verilməsi ilə bağlı qərarını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
İddialara görə, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksini almaqda israr etməsindən sonra ABŞ da “F-35”lərin avadanlıqlarının tədarükünü dayandırıb.
Qeyd edək ki, ötən ilin avqustunda ABŞ prezidenti Donald Trampın “F-35” qırıcılarının Türkiyəyə tədarükünü dayandıran qanun layihəsini imzalamışdı.
Lakin, “F-35” layihəsinin direktoru vitse-admiral Met Uinter bildirmişdi ki, 100 təyyarənin təhvil verilməsi ilə bağlı müqavilədə heç bir dəyişiklik olmayacaq.
Xatırladaq ki, 2018-ci ilin iyununda Türkiyəyə ilk iki ədəd “F-35” təhvil verilib və ABŞ-da təlim uçuşlarına başlanılıb.
Son xəbərlər
Son Xəbərlər