ABŞ türkiyəli nazirə sanksiya tətbiq etdi

abs-turkiyeli-nazire-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 2726

ABŞ Rusiyanın müdafiə sektoru ilə əlaqələrə görə Türkiyənin dövlət qurumuna və 4 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ hökumətinin rəsmi nəşrində - Federal Reyestrdə yayımlanan bildirişdə qeyd olunur.

Məhdudiyyətlər Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə və onun rəhbəri İsmayıl Dəmirə tətbiq olunub. Sanksiyalara əsasən, türkiyəli məmurlara ABŞ-a giriş qadağan edilib, Amerikadakı mal varlıqlarına blok qoyulacaq.

Sanksiyalar 7 apreldə rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.