ABŞ Türkiyəni hərbi əməliyyatlar aparmaqdan çəkinməyə çağırıb

abs-turkiyeni-herbi-emeliyyatlar-aparmaqdan-cekinmeye-cagirib
Oxunma sayı: 1302

ABŞ Dövlət Departamenti Türkiyəni Suriyanın Afrin rayonunda hərbi əməliyyatlar aparmaqdan çəkinməyə çağırıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert jurnalistlərə açıqlamasında bildirib.

“Biz Türkiyəni bu cür addımlar atmamağa çağırırıq. Biz istəyirik ki, Türkiyə İŞİD-lə mübarizəyə köklənsin”,-deyə H.Nauert deyib.