ABŞ Türkiyəyə 23 milyard dollarlıq “F-16” satacaq - Təsdiqləndi

abs-turkiyeye-23-milyard-dollarliq-f-16-satacaq
Oxunma sayı: 5704

ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələrinin satışına icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.