ABŞ Türkiyəyə əsgər yerləşdirir

abs-turkiyeye-esger-yerlesdirir
Oxunma sayı: 655

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, beləliklə də ilk dəfə olaraq məsələyə rəsmi münasibət bildirilmiş olub. Hertlinq “Associated Press”ə verdiyi müsahibədə Monte Neqronun paytaxtı Podgoricada yerləşən hərbi bazaya Amerika əsgərlərinin Türkiyənin cənubunda yerləşən radar təsislərinə yerləşdirildiyini açıqlayıb. Beləliklə də ilk dəfə olaraq ali yüksək səviyyəli ABŞ rəsmisi İran ilə Türkiyə arasında gərginliyə yol açan NATO müdafiə qalxanı radarının bir neçə həftədir ki, aktiv vəziyyətdə olduğunu təsdiqləmiş olub: “Ancaq quruda yerləşən hava müdafiə orqanları ilə bağlı danışa bilərəm. Sizə bir şey deyim, ABŞ donanması və Hava qüvvələri ilə sürətli koordinasiya vəziyyətindəyik və məncə raket müdafiəsi məsələsində doğru yolda irəliləyirik. Ordu baxımından danışsaq planlaşdırdığımız kimi irəliləyir”.

Qeyd edək ki, ABŞ Malatyanın Kürəcik əyalətində yerləşən raketdən müdafiə sistemini İrandan gələcək təhlükəyə qarşı qurulduğunu deyir.

Səidə