ABŞ Türkiyəyə F-35 əvəzinə F-16 təklif edib

abs-turkiyeye-f-35-evezine-f-16-teklif-edib
Oxunma sayı: 3380

“Türkiyə F-35 almaq üçün ABŞ-a 1 milyard 400 milyon dollar vəsait ödəyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deyib.

“Yeni F-16-lar almaqla təyyarələrimizin sayını artırmaq istəyirik. ABŞ F-35 üçün ödədiyimiz vəsaitin əvəzinə belə bir təklif irəli sürüb”, - Ərdoğan bildirib.