ABŞ Türkiyəyə “F-35” qırıcılarının tədarükünü dayandırdı

abs-turkiyeye-f-35-qiricilarinin-tedarukunu-dayandirdi
Oxunma sayı: 1433

ABŞ Konqresi Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən Türkiyəyə "F-35" qırıcılarının tədarükünü dayandırıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar konqresin hər iki palatasında təsdiq edilib. Müvafiq düzəliş ABŞ-ın 2019-cu il müdafiə büdcəsinin sonuncu variantına edilib.

Yekun qərar ABŞ Müdafiə Nazirliyinin hesabatından sonra veriləcək.