ABŞ Ukrayna üçün “NASAMS” sistemləri alır

abs-ukrayna-ucun-nasams-sistemleri-alir
Oxunma sayı: 1396

Pentaqon Ukrayna üçün 6 ədəd “NASAMS” hava hücumundan müdafiə sistemi almaq üçün “Raytheon Technologies” şirkəti ilə müqavilə imzalayıb.

“Qafqazinfo” “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun Mətbuat xidməti yayıb.

Müqavilənin dəyəri 1,2 milyard dollar təşkil edir.

“Təhlükəsizlik sahəsində Ukraynaya yardım edilməsi üzrə təşəbbüslərin 5-ci paketi çərçivəsində ABŞ ordusu Ukraynaya altı “NASAMS” batareyasının göndərilməsi, Ukrayna Silahlı Qüvvələri və Təhlükəsizlik Qüvvələrinə təlim keçilməsi və maddi-texniki dəstək verilməsi üçün “Raytheon Missiles and Defense” şirkəti ilə 1,2 milyard dollar dəyərində müqavilə imzalayıb”, - deyə məlumatda qeyd olunub.