ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun yaxın aylarda Ukraynada hərbi əməliyyatların dayandırılması üçün heç bir perspektiv görmədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
“Əminliklə deyə bilərik ki, biz rusların yaxın bir neçə ay ərzində əllərini qaldırıb döyüşü dayandıracağını gözləmirik... Onların taktiki planları barədə danışmayacağam, lakin onlar irəliləməkdə davam edirlər. Hesab edirik ki, bu, yaxın aylarda da davam edəcək”, - deyə o bildirib.
Son xəbərlər
Son Xəbərlər