“ABŞ Ukraynada “Starlink”in saxlamasının tərəfdarıdır, amma pul ödəmir”

abs-ukraynada-starlinkin-saxlamasinin-terefdaridir-amma-pul-odemir
Oxunma sayı: 823

Pentaqon Ukraynada “Starlink”in işinin təmin olunmasını müzakirə edir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder Ukraynada Starlink xidmətlərinin tariflərinin artırılması xəbərləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Bildirib ki, ABŞ Ukraynada Starlink peyk rabitə sistemini saxlamağın yollarını müzakirə edir, lakin onlar özləri bu xidmətlərə görə pul ödəmirlər:

"”SpaceX”in peyk rabitə sisteminə qoşulmaq üçün şirkətlərlə danışıqları davam etdiririk. ABŞ Ukraynada bu sistemlərin istismarına görə “Starlink”ə heç nə ödəmir”.

Qeyd edək ki, Ukrayna mətbuatı “Starlink”in dekabrın 29-dan ukraynalı istifadəçilər üçün peyk internet xidmətlərinin qiymətini ayda 60 dollardan 75 dollara qaldıracağını bildirib.