“Amerika qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək və Ukrayna üzərində pilotsuz zona yaradılması məhz belə bir ssenariyə gətirib çıxara bilər”.
“Qafqazinfo” xarici mediaya xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Bildiyiniz kimi, ABŞ Prezidenti Co Bayden açıq şəkildə bildirdi ki, ABŞ ordusu Ukraynada Rusiya ilə döyüşməyəcək... Uçuşa qadağa zonasının tətbiqi sadəcə Rusiya ilə münaqişənin başlanğıcı deməkdir”, - deyə Ostin bildirib.
O, ABŞ rəhbərliyinin belə bir ssenarinin qarşısını almağa çalışdığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər