ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı ölkənin şərqində təhlükəsizliklə bağlı yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
“Dövlət katibi ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyi bir daha təsdiqləyib”, - Dövlət Departamentinin bəyanatında qeyd olunur.
Dövlət Departamentinin rəhbəri Ukraynanın demokratik institutlarının və gələcək Avro-Atlantik inteqrasiyanın möhkəmləndirilməsi üçün hüququn aliliyinin gücləndirilməsinin və iqtisadi islahatların aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində separatçıların hücumu nəticəsində Ukrayna ordusunun dörd hәrbçisi hәyatını itirib, ikisi isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər