ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsindəki münaqişənin həlli ilə bağlı sülh planı ilə tanış olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Biz hesab edirik ki, bu, işləyə biləcək bir strategiya və planı ortaya qoyur. Biz Nyu Yorkda olacaq bütün ölkələr, dövlət başçıları ilə əlaqə saxlamaqla bunu necə irəli apara biləcəyimizə baxmalıyıq”, - daimi nümayəndə bildirib.
Tomas-Qrinfild sülh təşəbbüsünün təfərrüatlarını açıqlamayıb. Bununla belə, daimi nümayəndə bütün tərəflərin vəziyyətin həllində irəliləyiş əldə edə biləcəyinə ümid etdiyini bildirib.