ABŞ Ukraynaya 1,25 milyard dollar qrant göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Maliyyə Nazirliyi açıqlama yayıb.
Bu il Kiyevin artıq Vaşinqtondan 6 milyard dollar qrant aldığı vurğulanıb. Bildirilir ki, ABŞ-nin dəstəyi humanitar və sosial xərclərin təmin edilməsinin vacib hissəsidir. Nazirlik əlavə edib ki, əldə olunan vəsait təhsil işçilərinin və səhiyyə işçilərinin maaşlarına, həmçinin uşaqlı ailələrə müavinətlərin ödənilməsinə yönəldiləcək.
Son xəbərlər
Son Xəbərlər