İyunun 27-də ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən bildirib.
Onun məlumatına görə, paketə "Bradley" zirehli maşınlar və "Stryker" zirehli personal daşıyıcıları daxildir. Maşınların dəqiq sayı barədə xəbər verilmir.
Xatırladaq ki, iyunda ABŞ Ukraynaya 325 milyon dollar hərbi yardım ayırıb. Ümumilikdə 2022-ci ilin fevralından ABŞ Ukraynaya 39 milyard məbləğində hərbi yardım edib.
Son xəbərlər
Son Xəbərlər