ABŞ Ukraynaya beynəlxalq yardım göstərəcək - Yenilənib

abs-ukraynaya-beynelxalq-yardim-gosterecek
Oxunma sayı: 2704

ABŞ və Ukrayna Prezidentləri arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

O, amerikalı həmkarı Co Baydenlə danışıqlar apardığını, ABŞ-ın artıq beynəlxalq yardım hazırlamağa başladığını bildirib.

***

Bayden deyib ki, Zelenski ondan digər ölkə liderlərini RF-nin hərəkətlərinə qarşı çıxmağa çağırmağı xahiş edib. Bayden ABŞ-ın, müttəfiqlərinin və tərəfdaşlarının Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini təsdiqləyib.