ABŞ Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım edəcək

abs-ukraynaya-daha-11-milyard-dollarliq-herbi-yardim-edecek
Oxunma sayı: 1287

Ukrayna ABŞ-dan 1,1 milyard dollar dəyərində əlavə maliyyə yardımı alacaq.

“Qafqazinfo” “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bundan əlavə, müttəfiq ölkədən təxminən 18 HIMARS və PUA da veriləcək.

“Bununla da Bayden administrasiyası hakimiyyətə gələndən bəri ABŞ-ın Ukraynaya yardımının ümumi məbləğini təxminən 17 milyard dollara çatır. Anonimlik səbəbilə paket haqqında təfərrüatlar hələ ictimaiyyətə açıqlanmır”, - deyə nəşr qeyd edir.

ABŞ-ın bir müddət sonra yeni yardım paketini rəsmən elan edəcəyi gözlənilir. Mənbələr bunun Rusiyanın referendumun nəticələrini elan etmək və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini ilhaq etmək istəməsi səbəbindən həyata keçiriləcəyini qeyd edib.

Yardım paketinə 18 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS), raket sistemləri və onların döyüş sursatları, həmçinin dronlara qarşı mübarizədə istifadə olunan 12 “Titan” sistemi üçün maliyyə vəsaiti daxildir.

Rəsmilər HIMARS və digər oxşar sistemlərin döyüşdə mühüm rol oynadığını bildiriblər.