ABŞ Ukraynaya əlavə yardım ayırdı

abs-ukraynaya-elave-yardim-ayirdi
Oxunma sayı: 2708

“ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar əlavə vəsait ayırıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsveçrədə keçirilən Sülh Sammitində ABŞ-nin vitse-prezidenti Kamala Harris deyib.

Onun sözlərinə görə, sözügedən məbləğ həm də humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.