ABŞ Ukraynaya göndərəcəyi yardımın miqdarını açıqladı

abs-ukraynaya-gondereceyi-yardimin-miqdarini-aciqladi
Oxunma sayı: 1667

ABŞ yaxın aylarda Ukraynaya 1,2 milyard dollar yardım göndərəcək.

“Qafqazinfo” “TASS” a istinadən xəbər verir ki, bunu ABŞ-nin Kiyevdə səfərdə olan maliyyə naziri Canet Yellen bildirib:

“Əlavə 1,2 milyard dolların transferini elan etməkdən məmnunam. Bu, ABŞ-nin yaxın aylarda təmin edəcəyi 10 milyard dollarlıq birbaşa büdcə dəstəyinin ilk tranşıdır”.

Yellen bildirib ki, ABŞ-nin bu il strategiyasının əsas istiqaməti Rusiyanın ölkəsinin sanksiyalarından yan keçmə cəhdinin qarşısını almaq olacaq.

O, ABŞ-nin Rusiyaya sanksiya təzyiqini artırmaq niyyətində olduğunu vurğulayıb.