ABŞ Ukraynaya hərbi yardımı 2 dəfə azaldır

abs-ukraynaya-herbi-yardimi-2-defe-azaldir
Oxunma sayı: 724

ABŞ konqresi Ukraynaya hərbi yardımı iki dəfə azaltmağı təklif edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, konqresin aşağı palatası 2017-ci ildə Ukraynaya 150 milyon dollar yardım ayırmağı təklif edib. Bu rəqəm isə ötən il imzalanan büdcə layihəsindəki rəqəmdən iki dəfə azdır.

Layihəyə əsasən, pullar təhsil, kəşfiyyat, loqistika, həmçinin Ukrayna ordusunu ölümcül silahlarla təchiz etmək üçün xərclənəcək.

Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsi üçün onu nümayəndələr palatasının təsdiq etməsi və prezidentin imzalaması lazımdır.