ABŞ Ukraynaya hərbi yardımla bağlı nəzərdə tutduğu məbləği açıqladı

abs-ukraynaya-herbi-yardimla-bagli-nezerde-tutdugu-meblegi-aciqladi
Oxunma sayı: 2667

ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya 300 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulur.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, bu məbləğ ABŞ administrasiyasının tələb etdiyindən 50 milyon dollar çoxdur.

“Qanun layihəsində Ukrayna ordusuna dəstək və yardım göstərən Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü üçün 300 milyon dollar ayrılmasını nəzərdə  tutur ki, bu da 250 milyon dollarlıq büdcə tələbindən artıqdır”, - sənədin qeydində deyilir.

Qanun layihəsi, Prezident Co Baydenin imzasından əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməlidir.