ABŞ-da aralarında məşhurların da olduğu 50 nəfər uşaqlarını ölkənin seçilən universitetlərində oxutmaq üçün milyonlarla dollar rüşvət verməkdə ittiham olunur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Boston federal məhkəməsinin sənədlərində 2011-2019-cu illərdə 50 nəfərin övladlarının Yale, Corctaun, Stanford və Cənubi Karolina Universiteti kimi ali təhsil müəssiələrinə qəbul edilməsi üçün məsləhətçi firmaya ümumilikdə 25 milyon dollar ödəniş etdiyi qeyd olunub.
Bu ödənişlərdən rektorlara rüşvət verən firma əslində idmançı olmayan şagirdlərin saxta sənədlərlə universitetlərə idmançı adı ilə daxil olmalarını təmin edib. Üstəlik, həmin şagirdlərin yerinə imtahanı başqa adamlar verib. Məhkəmə sənədlərində universitetlərə qəbul olan şagirdlərin çoxunun məsələdən xəbərdar olmadıqları, rüşvəti ailələrinin verdiyi yazılıb.
Rüşvət verən 50 nəfərin arasında Hollivud ulduzları Felisiti Haffman və Lori Enn Loklin də var.

Son xəbərlər
Son Xəbərlər