ABŞ ÜST-ü maliyyələşdirməyə davam edəcək

abs-ust-u-maliyyelesdirmeye-davam-edecek
Oxunma sayı: 665

ABŞ-ın yeni rəhbərliyi ÜST qarşısında bütün maliyyə öhdəliklərini yerinə yetirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın yeni administrasiyasının nümayəndə heyətinin rəhbəri, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi açıqlama verib.

“Birləşmiş Ştatlar ÜST qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyə sadiqdir. ABŞ bütün səviyyələrdə çox yüksək qiymətləndirdiyi və daha da inkişaf etdirmək istədiyi texniki əməkdaşlığı ÜST ilə ortaqlığının əsas təməli hesab edir”.

Onun sözlərinə görə, ABŞ-ın ÜST-ə qayıtması çərçivəsində yeni rəhbərlik öz mütəxəssislərini ÜST strukturundan geri çağırmağı dayandıracaq və eyni zamanda ABŞ işçilərinin ÜST ilə həm birbaşa, həm də onunla əməkdaşlıq edən mərkəzlər vasitəsilə müntəzəm əlaqəsini bərpa edəcək.