ABŞ “Vaqner”ə görə onlara sanksiya tətbiq etdi

abs-vaqnere-gore-onlara-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 2370

Amerika Birləşmiş Ştatları Malinin müdafiə naziri və digər iki hərbi liderinə sanksiya tətbiq edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onların "Vaqner" PMC ilə qarşılıqlı əlaqəyə girməsidir.

Bildirilib ki, Amerikanın “qara siyahısı”na Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara, həmçinin ölkənin Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi və onun müavini daxil edilib.

Onların hamısı 2021-ci ilin dekabr ayından “Vaqner” ilə yaxından işləməkdə, onun Malidəki mövcudluğunu asanlaşdırmaqda və genişləndirməkdə ittiham olunur.