ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan etdi

abs-vaqneri-transmilli-cinayetkar-teskilat-elan-etdi
Oxunma sayı: 3906

"Maliyyə Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi şirkətini “ciddi transmilli cinayət təşkilat" kimi təsnif edir".

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, ABŞ gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Kirbinin sözlərinə görə, təşkilata qarşı əlavə sanksiyalar da tətbiq edilə bilər.