“ABŞ “Vaqner”in hazırladığı qiyam planlarını bilirdi”

abs-vaqnerin-hazirladigi-qiyam-planlarini-bilirdi
Oxunma sayı: 3133

ABŞ “Vaqner” özəl hərbi şirkətin hazırladığı qiyam planlarını bilirdi, lakin müttəfiqlərinin əksəriyyətini məlumatsız qoymağı seçdi.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən bildirib.

Telekanalın xəbərinə görə, Vaşinqton “Vaqner” hərəkatının istiqaməti və ümumi planları barədə əvvəlcədən məlumat əldə edə bilib, lakin xəbərin yayılmasının qarşısını almaq üçün ABŞ məlumatları yalnız “seçilmiş müttəfiqlərə” bildirib. Onların arasında Böyük Britaniya hökumətinin bir neçə yüksəkvəzifəli nümayəndəsi var.

Bundan başqa, CNN qeyd edir ki, ABŞ  hakimiyyət nümayəndələrinin bu məlumatlara çıxışı son dərəcə məhdud olub. “Vaqner”in planları barədə məlumatlar yalnız Amerika administrasiyasının yüksəkvəzifəli işçilərinə, eləcə də ABŞ Konqresinin rəhbərliyinə çatdırılıb.