“ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiya təhdidləri “manyakca”dır” - Peskov

abs-ve-ai-nin-rusiyaya-qarsi-sanksiya-tehdidleri-manyakcadir
Oxunma sayı: 1284

“ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiya təhdidləri “manyakca”dır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən dilə gətirib.

“Təəssüf ki, həm Brüssel, həm də ABŞ-da sanksiyalarla bağlı açıqlamalar manyakca və israrla səsləndirilir. Dialoqun davam etdirilməsi istiqamətində siyasi iradənin üstün olacağını və əlaqələrimizdəki ən çətin sualları dialoq vasitəsilə həll edə biləcəyimizə ümid edirik”, - Qərb ölkələrinin Rusiyaya qarşı təhdidlərini dəyərləndirən Peskov bundan məmnun olmadığını da əlavə edib.

“Əlbəttə, belə düşməncə təzahürlərdən qaynaqlanan potensial təhdidlər bizi davamlı olaraq səfərbər və hazırlıqlı olmağa məcbur edir.

ABŞ-ın digər ölkələrin xalqlarının taleyi və siyasi rejimlərin dəyişdirilməsi üzərindəki liderliyi isə hegemoniya qurmaq cəhdidi”, - Kreml rəsmisi deyib.