ABŞ prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında keçiriləcək görüşün tarixi açıqlanıb. “Qafqazinfo”nun xəbərinə görə, görüş 11 apreldə Vaşinqtonda baş tutacaq.
“İki lider Seul-Vaşinqton ittifaqının gücləndirilməsi yönündə atılacaq addımları və Koreya yarımadasında sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək”, - deyə Cənubi Koreya prezidentinin administrasiyasının məlumatında bildirilir.
Qeyd olunur ki, Mun Çje İn 10 apreldə ABŞ-a rəsmi səfər edəcək, tərəflər arasında görüş isə növbəti gün reallaşacaq.
Ağ Ev müvafiq informasiyanı təsdiqləyib.
Son xəbərlər
Son Xəbərlər