ABŞ və Fransa rəsmiləri Qarabağı müzakirə etdilər

abs-ve-fransa-resmileri-qarabagi-muzakire-etdiler
Oxunma sayı: 1845

Fransanın xarici işlər naziri Jan-İv lö Drian iyulun 13-14-də Vaşinqtonda rəsmi səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, fransalı nazir səfəri çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşdə Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulduğunu deyib.

Bildirilir ki, görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ilə yanaşı, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması üçün mümkün olan addımların atılması məsələsini də müzakirə ediblər.